“Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun video-konfrans formatında iclası 04 avqust 2023-cü il tarixində keçirilmişdir.

İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev sözügedən indikatorun ölkə iqtisadiyyatı üçün vacibliyini vurğulamış və İşçi qrupunun üzvlərinindən bu işin töhfə verilməli olduğunu bildirmişdir.

Daha sonra “Biznesin müflisləşməsi” İşçi qrupunun yeni təyin edilmiş rəhbəri Ramin Qaraqurbanlı iclasın gündəliyində duran məsələlər barədə məlumat vermiş, Dünya Bankının “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə Dünya Bankı Qrupu tərəfindən hazırlanmış sorğu anketinin və qiymətləndirmə cədvəllərinin doldurulması ilə əlaqədar sualların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə beynelxalq ekspertin seçilməsi və digər məsələlər müzakirə edilmişdir. İclas zamanı İşçi qrupunun üzvü Rəşad Həsənli gündəliyin əsas müzakirə mövzusu olan sorğu anketinin və qiymətləndirmə cədvəllərinin doldurulması barədə ətraflı məlumat verərək çıxış etmiş, həmçinin İşçi qrupunun digər üzvləri də müzakirələrdə iştirak etmişdirlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez