05-01-2009 | 04:02 2276
Fərdi məsləhət fəaliyyəti üzrə tapşırıq: Ədliyyə sistemində idarəçiliyin müasir beynəlxalq norma və standartlara uyğunlaşdırılması, mövcud informasiya proqramlarının təkmilləşdirilərək uzlaşdırılması da daxil olmaqla, vahid informasiya şəbəkəsinin yaradılması məqsədilə ədliyyə sisteminin funksional fəaliyyətinin əsaslı təhlilinin aparılması üzrə məsləhət xidmətləri
Maraqların ifadəsi üzrə bildiriş - 1.1-b-CS-03
Maraqların ifadəsi üzrə bildiriş 21 may 2007-ci il tarixdə DG-market onlayn jurnalında bu layihə çərçivəsində çap olunmuş Ümumi Satınalmalar üzrə bildirişin davamıdır.
Azərbaycan Respublikası tərəfindən "Ədliyyə sistemində idarəçiliyin müasir beynəlxalq norma və standartlara uyğunlaşdırılması, mövcud informasiya proqramlarının təkmilləşdirilərək uzlaşdırılması da daxil olmaqla, vahid informasiya şəbəkəsinin yaradılması məqsədilə ədliyyə sisteminin funksional fəaliyyətinin əsaslı təhlilinin aparılması üzrə məsləhət xidmətləri" müqaviləsi çərçivəsində istifadəsi nəzərdə tutulur.
Xidmətlərə aşağıdakılar daxildir:
(1) ədliyyə sistemində informasiya və sənəd dövriyyəsinin mövcud vəziyyətinin öyrənilməsi;
(2) ədliyyə sistemində informasiya və kommunikasiya sistemlərinə ehtiyacların müəyyən edilməsi;
(3) ədliyyə sistemində informasiya və sənəd dövriyyəsinin funksional modelinin hazırlanması (mövcud informasiya layihələrinin uzlaşdırılması daxil olmaqla);
(4) tapşırığın icrası ilə bağlı digər işlərin görülməsi.
Beynəlxalq məsləhətçi milli məsləhətçi ilə birlikdə bu tapşırığın icrasına cəlb olunmuş Ədliyyə Nazirliyinin müvafiq qurumları və layihənin digər iştirakçıları ilə əlaqəli işləməli və tələb olunan bütün hesabatların hazırlanmasında iştirak etməlidir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri xidmətlərin göstərilməsi işi üzrə müsabiqədə iştirak edib imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi sahəsində səriştəliliklərini sübut edən məlumatları təqdim etməlidirlər. Tapşırığın ehtimal edilən müddəti üç aydır.
Tapşırığın icrası müddətində beynəlxalq məsləhətçi yerli məsləhətçiyə təlimatlar verəcəkdir.
Beynəlxalq məsləhətçi aşağıdakı ixtisas tələblərinə malik olmalıdır:
Aşağıdakı göstəricilərə malik olan beynəlxalq məsləhətçiyə üstünlük verilir:
Beynəlxalq Məsləhətçi Dünya Bankının təlimatlarında (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalara uyğun seçiləcəkdir.
İştirakçılar imkanları barədə məlumatları 2009-cu il yanvar ayının 19-u saat 17.00-dək göstərilən ünvana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: (+99412) 51-85-59/60, faks: (+99412) 510-76-72) təqdim etməli və ya elektron poçt vasitəsilə (office_jmp@justice.gov.az) göndərməlidirlər.
İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 17.00-dək yuxarıda göstərilən ünvanlardan əldə edə bilərlər.