Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir

     

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlanna qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində. reqional ədliyyə və qeydiyyat şöbələrində. həmçinin diqər ədliyyə sahələrindədir.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qulluğa qəbulla bağlı tələb və şərtlərə cavab verən ali hüquq təh- silli Azərbaycan Respublikası vətəndaşları göstərilən ədliyyə sahələrində çalışmaq üçün müsabiqəyə dəvət olunur.

Xatırladırıq ki. müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2013-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda qöstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Eyni zamanda bildiririk ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez