Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə 11 iyul 2023-cü il tarixdə keçirilmiş növbəti test imtahanında müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə 2023-cü ilin sentyabr ayının 11-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır.

Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

Əlavə məlumatları (012) 538-01-62, (012) 537-04-87 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez