Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov avqustun 31-də Şamaxı şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 30, əlaqə telefonları: (+994 20) 274-30-41, (+994 50) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez