05-09-2023 | 16:00 276
AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik olan yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender iştirakçıları https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. 450 (dörd yüz əlli) manat məbləğində iştirak haqqını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarına uyğun olaraq“ “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas Şərtlər Toplusu” -nu (bundan sonra ƏŞT) elektron qaydada Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlərin əsli skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim edilməlidir.
Təşkilati və hüquqi sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
- İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, kommersiya qurumunun dövlət reyestrindən çıxarışının(əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə), nizamnaməsinin(əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə)notarial qaydada təsdiq edilmiş surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.(notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) .
2. Bank rekvizitləri;
-Bank rekvizitləri müvafiq bank tərəfindən təqdimedilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir .
3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışınəsliskan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.Sənəd 01.08.2023-cü il tarixdən sonra alınmalıdır.
4. İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının (mənfəət vergisinin bəyannaməsinin) surəti;
-Vergi orqanları tərəfindən təsdiq edilmişmaliyyə hesabatı(mənfəət vergisi bəyannaməsi)PDF formatında Portalda yerləşdirilməlidir .
5. Sahibkarlıq subyektinin bölgüsü;
-İddiaçının hansı sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (mikro, kiçik, orta və ya iri) AR Statistika Komitəsindən alınmalıdır və cari tarixə qüvvədə olması mütləqdir.Sənədin əsli PDF formatda Portala əlavə edilməlidir.
İxtisas göstəricilərinə dair sənədlər:
1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
-Arayış malgöndərənin uçotda olduğu vergi orqanından rəsmi blankda 01.08.2023-cü il tarixdən sonra alınmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir). Sənədin əsli PDF formatda Portala əlavə edilməlidir.
2. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İmza səlahiyyətinə dair rəsmi sənəd (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə və ya təsisçilərin yığıncağının qərarı) sənədlərin əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.
3. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında məlumat;
- anoloji sahədə iş təcrübəsinin olması, bağladığı müqavilələr (ƏŞT-a Əlavə 3, cədvəl 1),
- işçilər (mütəxəssislər) haqqında məlumat (ƏŞT-a Əlavə 2, cədvəl 1, “D” bəndi),
- maddi-texniki bazası (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi, və s) və əsas vəsaitləri (dövriyyəsi, aktivləri) (ƏŞT-a Əlavə 2 cədvəl 1, “A”, “B” və “C” bəndləri)
Qeyd: - Qiymətləndirmə üçün malğöndərən tərəfdən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı formalara dair məlumatlar arayış formasında iddiaçılar tərəfindən doldurulmalı, rəsmi blankda imzalanıb möhürlənərək PDF formatında Portala yerləşdirilməlidir.
4. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır.
Arayış 01.08.2023-cü il tarixdən sonra alınmalıdır və sənəd PDF formatında Portala yerləşdirilməlidir.
5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
- Müvafiq orqan (Dövlət Vergi Xidməti və ya Ədliyyə Nazirliyin İcra və Probasiya şöbələri) tərəfindən rəsmi blankda 01.08.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir). Sənəd PDF formatda Portala əlavə edilməlidir.
6. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- Müvafiq orqan tərəfindən verilmiş lisenziyanın və ya icazənin əslinin notariat qaydasında təsdiq olunmuş sürəti. Sənəd PDF formatda Portala əlavə edilməlidir.
● Tender təklifi;
- tender təklifi bütün vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla tender predmetini tam şəkildə əhatə etməlidir. Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə qiymətlər yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı tender təklifi rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Tender təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir.
● Tender təklifinin təminatı;
- tender təklifin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı müəyyən olunur. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır), vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
Müvafiq sənədlərin və tender təkliflərin son təqdim olunma tarixləri barədə məlumatları https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
İddiaçıların təklifləri 05.10.2023-cü il saat 10:00 -da Portal vasitəsilə açılacaqdır.