IMAGE

Məhkəmə Ekspertizası Mərkəzi beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

Cari ilin 22-23 sentyabr tarixlərində Daşkənd şəhərində Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında H.Sülaymanova adına Məhkəmə ekspertizası mərkəzinin təşkilatçılığı ilə “Məhkəmə ekspertizasının müasir metodları və inkişaf prioritetləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Hibrid formatda keçirilmiş tədbirdə Özbəkistan, Qazaxıstan və Sloveniya ekspertiza idarələrinin və təhsil müəssisələrinin nümayəndələri, ABŞ və Sloveniyadan olan ekspert-kriminalistlər, məhkəmə ekspertizası və kriminalistika sahəsində alimlər iştirak ediblər.

Konfransda məhkəmə ekspertizasının inkişafı perspektivləri, o cümlədən rəqəmsal kriminalistika, məhkəmə-linqvistik, məhkəmə-genetik və digər ekspertiza növləri ilə bağlı məruzələr dinlənilib.

Azərbaycan Ədliyyə nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin rəisi Elçin Qasımov “Azərbaycan Respublikasında məhkəmə ekspertizasının inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edərək ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlardan, o cümlədən məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər, ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun yaradılması üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib, konfrans iştirakçılarının suallarını cavablandırıb.

Tədbir çərçivəsində Özbəkistan Məhkəmə ekspertizası mərkəzinin fəaliyyəti ilə tanış olunub, habelə cari ilin may ayında Özbəkistan və Azərbaycan Ədliyyə Nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının icrası çərçivəsində iki ölkənin ekspertiza mərkəzləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və müvafiq sənədin imzalanması ilə bağlı müzakirələr aparılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez