26-09-2023 | 15:00 110
1. Kotirovka prosedurunda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (bundan sonra-Portal) elektron və ya asan imzaları ilə daxil olaraq 100 (bir yüz) manat iştirak haqqını “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra ətraflı məlumatı, ”Kotirovka Sorğusunun Şərtləri” -ni (bundan sonra - KSŞ adlandırılacaq) əldə edə bilərlər.
- İştirak haqqı heç bir halda geri qaytarılmır.
2. Əlaqələndirici şəxs:
- Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin böyük mütəxəssisi (təsərrüfat müdiri) Qasımov Zaur Tofiq oğlu.
- Əlaqə telefonu (012) 404 42 03.
- E-mail qnb.mt@justice.gov.az
Satınalma prosedurunun başlanması haqqında elan 26 sentyabr 2023-cü il tarixdə https://www.etender.gov.az/ dövlət satınalmalarının və Ədliyyə Nazirliyinin internet saytlarında yerləşdiriləcəkdir.
Satınalma prosedurunda iştirak etmək üçün iddiaçılar aşağıda qeyd olunan sənədlərin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər.
● Nizamnamənin, Dövlət Reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) notariat qaydasında təsdiq olunmuş surətləri;
- Sənədlər (dəyişiklik olunmuşdursa dəyişikliklə birlikdə) PDF formatında Portala yerləşdirilməlidir.(notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir)
● Sahibkarlıq subyektinin bölgüsü;
- Azərbaycan Respublikası Statistika Komitəsindən 10.05.2023-cü il tarixdən sonra alınmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır.(notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Bank rekvizitləri;
-Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir .
●İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışınəsliskan edilərək PDF formatında Portalda yerləşdirilməlidir . Sənəd elanın yerləşdirildiyi tarixdən sonra alınmalıdır.
● İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
- Vergi orqanları tərəfindən təsdiq edilmişmaliyyə hesabatı(mənfəət vergisi bəyannaməsi)PDF formatında Portalda yerləşdirilməlidir .
● Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- Arayış malgöndərənin (podratçının) uçotda olduğu vergi orqanından alınmalıdır.
Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir). Sənədin əsli PDF formatda Portala əlavə edilməlidir.
- anoloji sahədə iş təcrübəsinin olması, (KSŞ-ə Əlavə 3, cədvəl 1),
- işçilər haqqında məlumat (KSŞ-ə Əlavə 2, cədvəl “c”)
- maddi-texniki bazası (KSŞ-ə Əlavə 2, cədvəl “a, b”)
arayış formasında rəsmi blankda imzalanıb möhürlənərək PDF formatında Portala yerləşdirilməlidir.
● Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- imza səlahiyyətinə dair rəsmi ( əmr və ya təsisçilərin yığıncağının qərarı və s.) sənədlərin əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.
● Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır.
Arayış01.08.2023-cü il tarixdən sonra alınmalıdır və həmin sənəd PDF formatında Portala yerləşdirilməlidir.
●Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
- Müvafiq orqan (Dövlət Vergi Xidməti və ya Ədliyyə Nazirliyin İcra və Probasiya şöbələri) tərəfindən rəsmi blankda 01.08.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir). Sənəd PDF formatda Portala əlavə edilməlidir.
● Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- Müvafiq orqan tərəfindən verilmiş lisenziyanın və ya icazənin notariat qaydasında təsdiq olunmuş surəti. Sənəd PDF formatda Portala əlavə edilməlidir.
Qiymət təklifi;
- Qiymət təklifi malların və işlərin dəyəri ilə yanaşı vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla satınalma predmetini tam şəkildə əhatə etməlidir. Qiymətlər Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı qiymət təklifi rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır), vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
Müvafiq sənədlərin və tender təkliflərin son təqdim olunma tarixləri barədə məlumatları https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
İddiaçıların təklifləri 11 oktyabr 2023-cü il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.