IMAGE

Ölkəmiz Batumi şəhərində “Gələcəyə uyğun şəhərlər” adlı forumda təmsil olunub

Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü olan Şərq tərəfdaşlığı regionunda “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” (M4EG) Layihəsi çərçivəsində Gürcüstanın Batumi şəhərində “Gələcəyə uyğun şəhərlər” adlı forum keçirilib.

Forumda Ədliyyə Nazirliyinin aidiyyəti məsul əməkdaşı və M4EG layihəsi çərçivəsində regional “Göstər və Danış” (Show&Tell) platformasında qrant əldə etmiş Bakı şəhəri Səbail, Abşeron rayonu Xırdalan, Qusar rayonu Urva, Mingəçevir və Naftalan şəhər bələdiyyələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Aİ-nin region üçün İqtisadi və İnvestisiya Planına əsaslanaraq beynəlxalq donorlar, maliyyə institutları və özəl sektorla əməkdaşlıqda sosial-iqtisadi dayanıqlığın yaradılması və müxtəlif maliyyə mənbələrindən istifadə edilməsi mövzuları müzakirə olunub, iştirakçıları maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində Azərbaycan bələdiyyələrinin nümayəndələrinin fəal iştirakı təşkilaçılar tərəfindən xüsusilə vurğulanıb.

BMT-nin İnkişaf Proqramının təmsilçiləri Azərbaycan bələdiyyələrinin layihəyə qoşulmasına göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinə minnətdarlıqlarını bildirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı niyyətini ifadə ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez