IMAGE

Azərbaycan və Türkiyə arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq genişlənir

Dost və qardaş Azərbaycan və Türkiyə arasında səmərəli həyata keçirilən hüquqi əlaqələrdə məhkəmə ekspertizası sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük önəm verilir, bu məqsədlə ölkəmizin Ədliyyə Nazirliyi ilə Türkiyənin Daxili İşlər Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Saziş uğurla həyata keçirilir.

Saziş çərçivəsində Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elçin Qasımov nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub.

Səfər zamanı İstanbul Jandarma Kriminal Laboratoriyasında Türkiyə Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığı Məhkəmə Ekspertizası İdarəsinin rəisi Sinan Şen, Təhlükəsizlik üzrə Baş Direktorluğun Məhkəmə Ekspertizası İdarəsinin rəisi Tuncay Ankara ilə görüş keçirilib

Görüşdə Sazişə uyğun olaraq cari ildə həyata keçirilən tədbirlərin nəticələri və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, məhkəmə ekspertizası sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin əhəmiyyəti qeyd edilib. Eyni zamanda tədqiqat metodlarının müasirləşdirilməsi məqsədilə yaradılmış idarələrarası işçi qrupların fəaliyyətinin təkmilləşdirilməsi və yeni məhkəmə ekspertizası ixtisasları üzrə fikir mübadiləsi aparılıb.

Sonra tərəflərin ehtiyac və təklifləri nəzərə alınmaqla hazırlanmış 2024-cü il üzrə İş Planı imzalanıb.

Azərbaycan nümayəndə heyəti İstanbul Jandarma Kriminal Laboratoriyasının fəaliyyəti və tədqiqat prosesi ilə tanış olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez