03-11-2023 | 19:00 153
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının internet Portalına (Portal ) elektron imzaları və ya asan imzaları ilə daxil olaraq 100,00 (bir yüz) manat məbləğində iştirak haqqını “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas Şərtlər Toplusu”-nu (bundan sonra ƏŞT) əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlərin əslini skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər:
Təşkilati və hüquqi sənədlər:
1. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
-malgöndərən (podratçı) s on bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışı təqdim etməlidir. Sənəd elanın yerləşdirildiyi tarixdən sonra alınmalıdır.
2. İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) uçotda olduğu vergiorqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatı (mənfəət vergisi bəyannaməsi) müşayət məkutubu ilə birlikdə Portalda yerləşdirilməlidir.
3. Sahibkarlıq subyektinin bölgüsü;
- malgöndərən (podratçı) tərəfindənAzərbaycan Respublikası Statistika Komitəsindən 10.05.2023-cü il tarixdən sonra alınan arayış təqdim olunmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
İxtisas göstəricilərinə dair sənədlər:
1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
-Arayışreal vaxt rejimi iləmalgöndərənin (podratçının) uçotda olduğu vergi orqanının internet portalından alınmalıdır.
2. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri. Sənədlər notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
3. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında məlumat;
- anoloji sahədə iş təcrübəsinin olması, bağladığı müqavilələr (ƏŞT-u, Bölmə IV, Əlavə 3, cədvəl 1),
- təklif edilən malları barədə məlumat (ƏŞT-u, Bölmə IV, Əlavə 3, cədvəl 2),
- işçilər (mütəxəssislər) haqqında məlumat (ƏŞT-u, Bölmə IV, Əlavə 2, cədvəl 1, “D” bəndi),
- maddi-texniki bazası (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi, və s) və əsas vəsaitləri (dövriyyəsi, aktivləri) (ƏŞT-u, Bölmə IV, Əlavə 2 cədvəl 1, “A”, “B” və “C” bəndləri)
4. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
-malgöndərən (podratçı) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzlərindən məhkumluğun olmaması barədə arayış təqdim edilməlidir. Sənəd 01.08.2023-cü il tarixdən sonra alınmalıdır.
5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
- arayış malgöndərənin (podratçının) uçotda olduğu vergi orqanından 01.08.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
6. “İstehsalçının etibarnamə forması” və uyğunluq sertifikatı;
- Malların istehsalçı tərəfindən təchizatçı firmaya təqdim etdiyi “İstehsalçının etibarnamə forması” (MAF), eyni zamanda uyğunluq sertifikatı təqdim edilməlidir. Xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə edilib notarial qaydada təsdiq olunmalıdır.
●Tender təklifi;
- tender təklifi bütün vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla tender predmetini tam şəkildə əhatə etməlidir. Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə qiymətlər yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı təklif etdiyiniz qiymət təklifi də (xidmət və işlər istisna olmaqla) malların marka, model, istehsalçı ölkə haqqında məlumatlar da göstərilməklə rəsmi blankda çap edilərək səlahiyyətli şəxs tərəfindən imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir.
●Tender təklifinin təminatı;
- tender təklifin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı müəyyən olunur. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır), vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
Müvafiq sənədlərin və tender təkliflərin son təqdim olunma tarixləri barədə məlumatları https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
İddiaçıların təklifləri 08.12.2023-cü il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.