06-11-2023 | 18:00 133
1. Kotirovka prosedurunda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (bundan sonra-Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq 100 (bir yüz) manat iştirak haqqını “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra ətraflı məlumatı, ”Kotirovka Sorğusunun Şərtləri” -ni (bundan sonra - KSŞ adlandırılacaq) əldə edə bilərlər.
- İştirak haqqı heç bir halda geri qaytarılmır.
2. Əlaqələndirici şəxs:
- Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin böyük mütəxəssisi (təsərrüfat müdiri) Qasımov Zaur Tofiq oğlu.
- Əlaqə telefonu (012) 404 42 03.
- E-mail qnb.mt@justice.gov.az.
Satınalma prosedurunun başlanması haqqında elan 06 noyabr 2023-cü il tarixdə https://www.etender.gov.az/ dövlət satınalmalarının və Ədliyyə Nazirliyinin internet saytlarında yerləşdiriləcəkdir.
Satınalma prosedurunda iştirak etmək üçün iddiaçılar aşağıda qeyd olunan sənədlərin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər.
● Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri. Sənədlər notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
● Sahibkarlıq subyektinin bölgüsü;
- Azərbaycan Respublikası Statistika Komitəsindən 10.05.2023-cü il tarixdən sonra alınmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır.(notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
● İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
-malgöndərən (podratçı) s on bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışı təqdim etməlidir. Sənəd elanın yerləşdirildiyi tarixdən sonra alınmalıdır.
● İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) uçotda olduğu vergiorqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatı (mənfəət vergisi bəyannaməsi) müşayət məkutubu ilə birlikdə Portalda yerləşdirilməlidir.
● Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
-Arayış real vaxt rejimi ilə vergi orqanının internet portalından alınmalıdır.
● Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki imkanları və işçi qüvvəsi haqqında məlumat;
- anoloji sahədə iş təcrübəsinin olması, (KSŞ-ə Əlavə 3, cədvəl 1),
- işçilər haqqında məlumat (KSŞ-ə Əlavə 2, cədvəl “a”)
arayış formasında rəsmi blankda imzalanıb möhürlənərək PDF formatında Portala yerləşdirilməlidir.
● Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
-malgöndərən (podratçı) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzlərindən məhkumluğun olmaması barədə arayış təqdim edilməlidir. Sənəd 01.08.2023-cü il tarixdən sonra alınmalıdır.
●Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
- arayış malgöndərənin (podratçının) uçotda olduğu vergi orqanından 01.08.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat kotirovka sorğusunda iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Qiymət təklifi;
- Qiymət təklifi malların və işlərin dəyəri ilə yanaşı vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla satınalma predmetini tam şəkildə əhatə etməlidir. Qiymətlər Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı qiymət təklifi (xidmət və işlər istisna olmaqla) malların marka, model, istehsalçı ölkə və xarakteristikası haqqında məlumatlar da göstərilməklə rəsmi blankda çap olunaraq, hər səhifəsi səlahiyyətli şəxs tərəfindən imzalanır, sonuncu səhifə isə həmin şəxs tərəfindən imza və möhür ilə təsdiqlənir və PDF formatında Portalda yerləşdirilməlidir. Təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.
Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları və təşkilatı hüquqi sənədlər 23 noyabr 2023-cü il saat 17:00–a qədər, Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24 noyabr 2023-cü il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.