22-11-2023 | 15:50 114
Tender proseduru açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsi ilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının (www.etender.gov.az) vahid internet portalına elektron qaydada daxil olsunlar və satınalma proseduru haqqında ətraflı məlumat əldə etsinlər. Satınalma müqaviləsini yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba “ASAN Ödəniş” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu elektron qaydada portal vasitəsi ilə adı çəkilən tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Mənsumə Hüseynova, telefon: 012 537-11-52
İştirak haqqı: - 1500 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri (rəsmi blanklarda, möhürlə təsdiq edilmiş qaydada) Portal vasitəsi ilə təqdim etməlidirlər:
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü ərzində qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 %-i (bir faizi) həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
İddiaçının satınalma müqaviləsini bağlamaq və imzalamaq səlahiyyətinin olması;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə;
Sahibkarlıq subyektinin bölgüsü barədə;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının, sifarişçinin tövsiyə məktublarının olması barədə;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması, və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;
Malgöndərənin son beş ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- Malgöndərənin (podratçı) son 5 (beş) ildəki bank dövriyyəsi haqqında, həmçinin müvafiq bankın Kredit xəttinin açılmasını təsdiq edən arayış;
- İddiaçının – Baş Podratçı kimi analoji obyektlərdə tikinti-quraşdırma və s. işləri yerinə yetirməsi barədə təcrübəsi və imkanları barədə;
- Müvafiq layihə üzrə tələb olunan sertifikatlar barədə ;
- Kənar audit tərəfindən tərtib olunmuş son 2 ildəki audit hesabatları barədə
rəsmi məlumatlar tələb olunur.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifi Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsi ilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı vasitəsi ilə elektron qaydada keçiriləcəkdir.
Iddiaçılar tender ilə bağlı sualları vahid internet portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.12.2023 -cü il saat 10.00-a qədər, tender təklifi ilə bank təminatını isə 20.12.2023-cü il saat 18.00-a qədər portal vasitəsi ilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 21.12.2023-cü il saat 10.00-da elektron Portal vasitəsi ilə açılacaqdır.
İddiaçılar müsabiqənin nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsi ilə aparılır.
Ədliyyə Nazirliyinin Tender Komissiyası