IMAGE

“Heydər Əliyev irsində yerli demokratiya və vətəndaş cəmiyyəti” mövzusunda ictimai dinləmə keçirilib

Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə noyabrın 24-də Ədliyyə Nazirliyinin və Səbail rayon bələdiyyələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsində yerli demokratiya və vətəndaş cəmiyyəti” mövzusunda ictimai dinləmə keçirilib.

Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri, Səbail rayon bələdiyyələrinin, Səbail Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, digər vətəndaş cəmiyyəti qurumlarının, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, ölkədə yerli demokratiyanın bərqərar edilməsində müstəsna rolundan bəhs olunub.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov “Yerli demokratik ideyalara işıq tutan Heydər Əliyev irsi” mövzusunda məruzə ilə çıxış edərək yerli özünüidarəetmənin banisi Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin formalaşdırılması prosesinin başlandığını bildirib.

Ulu Öndərin ideyalarına uyğun olaraq yerli özünüidarəetmə fəaliyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq təkmilləşdiyini, müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi keçirilən profilaktik və maarifləndirmə tədbirlərini qeyd edib, bu sahədə Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunub.

Sonra Səbail, Badamdar və Bibiheybət bələdiyyələri sədrlərinin bələdiyyələrin fəaliyyəti barədə məruzələri dinlənilib, mövzu üzrə vətəndaş cəmiyyəti institutları ilə geniş müzakirələr aparılıb, yerli özünüidarəetmədə ictimai iştirakçılığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

Çıxışlarda xalqımızın və ölkəmizin xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsinin dərindən öyrənilməsi, bu irsin qorunub gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu və şərəfli vəzifəsi olduğu vurğulanıb.

Həmin gün Səbail rayon bələdiyyələrində “Açıq qapı” günləri keçirilib, ictimaiyyət nümayəndələri bələdiyyələrin fəaliyyəti ilə tanış olub, ayrı-ayrı vətəndaşların müraciətləri dinlənilərək qanunamüvafiq tədbirlər görülüb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez