30-11-2023 | 09:23 1078
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı növbəti müsabiqənin söhbət mərhələsinə yekun vurulmuşdur.
Müsabiqə üzrə test imtahanından uğur qazanmış namizədlərlə ikinci mərhələdə fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır.
Bu mərhələdə iştirak etmiş 46 namizəddən 23 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların dekabr ayının 1-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.
İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlər icbari təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:
1. |
Abdinli Beyrək Sabir oğlu |
2. |
Abdullayev Əsgər Vəli oğlu |
3. |
Bədəlova Yeganə Vaqif qızı |
4. |
Camalzadə Nərgiz İlqar qızı |
5. |
Dadaşov Orxan Adil oğlu |
6. |
Əhmədov Şəhriyar Fikrət oğlu |
7. |
Əhmədov Ziya İldırım oğlu |
8. |
Ələkbərova Xədicə Fuad qızı |
9. |
Həsənov İlqar İmdat oğlu |
10. |
Hüseynova Müjgan Nizami qızı |
11. |
Qasımov Altay Azad oğlu |
12. |
Qəribova Aysel Boris qızı |
13. |
Quluzadə Jalə Vadət qızı |
14. |
Məmmədli Kəbirə Hüseyn qızı |
15. |
Məmmədova İlkanə Bəylər qızı |
16. |
Məmmədova Nərgiz Elxan qızı |
17. |
Məmmədova Nərmin Şamil qızı |
18. |
Muxtarlı Günay Cahangir qızı |
19. |
Mustafayev Ramil Namiq oğlu |
20. |
Nuriyev Hikmət Müslüm oğlu |
21. |
Rəhimov Musa Baxşeyiş oğlu |
22. |
Şükürova Xəyalə Əhəd qızı |
23. |
Zeynalov Arif Akif oğlu |
Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.
Ətraflı məlumatı nazirlikdən əldə etmək olar (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az ).