Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Bakı şəhəri və rayon qeydiyyat şöbələrində arxiv sənədlərinin səyyar qaydada (iş yerlərində) cildlənməsi və tikilməsi işlərinin satınalınması barədə kotirovka sorğusuna dəvət

1. Kotirovka prosedurunda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (bundan sonra-Portal) elektron və ya asan imza vasitəsilə daxil olaraq 100 (bir yüz) manat iştirak haqqını “Asan ödəniş” üzərindən həmin Portalın operatoruna ödədikdən sonra ətraflı məlumatı və ”Kotirovka Sorğusunun Şərtləri” -ni (bundan sonra - KSŞ adlandırılacaq) əldə edə bilərlər.

- İştirak haqqı heç bir halda geri qaytarılmır.

2. Əlaqələndirici şəxs:

- Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin böyük mütəxəssisi (təsərrüfat müdiri) Qasımov Zaur Tofiq oğlu.

- Əlaqə telefonu (012) 404 42 03.

- E-mail qnb.mt@justice.gov.az

Satınalma prosedurunun başlanması haqqında elan 05 dekabr 2023-cü il tarixdə https://www.etender.gov.az/ dövlət satınalmalarının və Ədliyyə Nazirliyinin internet saytlarında yerləşdiriləcəkdir.

Satınalma prosedurunda iştirak etmək üçün iddiaçılar aşağıda qeyd olunan sənədlərin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər.

● Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- Arayış real vaxt rejimi ilə vergi orqanının internet portalından alınmalıdır .

● Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

- Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri. Sənədlər notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).

● Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;

- Arayış malgöndərənin (podratçının) uçotda olduğu vergi orqanından 01.09.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).

● Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

-Malgöndərən (podratçı) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzlərindən məhkumluğun olmaması barədə arayış təqdim edilməlidir. Sənəd 01.09.2023-cü il tarixdən sonra alınmalıdır.

● Sahibkarlıq subyektinin bölgüsü;

-Malgöndərən (podratçı) tərəfindən Azərbaycan Respublikası Statistika Komitəsindən 10.05.2023-cü il tarixdən sonra alınan arayış təqdim olunmalıdır.

● İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;

-Malgöndərən (podratçı) s on bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışı təqdim etməlidir. Sənəd elanın yerləşdirildiyi tarixdən sonra alınmalıdır.

● İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında maliyyə hesabatının surəti;

- Malgöndərənin 2022-ci il dövr üzrə mənfəət vergisi bəyannaməsi.

● Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki imkanları və işçi qüvvəsi haqqında məlumat;

- anoloji sahədə iş təcrübəsinin olması, (KSŞ-ə Əlavə 3, cədvəl 1),

- işçilər haqqında məlumat (KSŞ-ə Əlavə 2, cədvəl “c”)

- maddi-texniki bazası (KSŞ-ə Əlavə 2, cədvəl “a, b”)

arayış formasında rəsmi blankda səlahiyyətli şəxs tərəfindən imzalanıb möhürlə təsdiq edilməlidir.

Qiymət təklifi;

- Qiymət təklifi malların və işlərin dəyəri ilə yanaşı vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri də daxil olmaqla satınalma predmetini tam şəkildə əhatə etməlidir. Qiymətlər Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı təklif etdiyiniz qiymət təklifi də (xidmət və işlər istisna olmaqla) malların marka, model, istehsalçı ölkə və xarakteristikası haqqında məlumatlar göstərilməklə rəsmi blankda çap edilərək səlahiyyətli şəxs tərəfindən imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları və təşkilatı hüquqi sənədlər 20 dekabr 2023-cü il saat 17:00–a qədər, Portal vasitəsilə təqdim olunmalıdır.

İddiaçıların təklifləri 21 dekabr 2023-cü il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez