Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi (Kredit No. 4209 AZ) tenderdə iştiraka dəvət (TİD)

Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarının İKT və digər avadanlıqlarla təchizatı

BMH No. 4.2-G-01

 

1. Tenderdə İştiraka Dəvət 21 may 2007-ci il tarixdə "DG-market onlayn" jurnalında bu layihə ilə əlaqədar olaraq çap olunmuş Ümumi Satınalmalara dair Bildirişin davamıdır.

2. Azərbaycan Respublikası tərəfindən "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar Beynəlxalq İnkişaf Assosiyasiyasından alınmış kredit vəsaitlərinin bir hissəsinin Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarının İKT və digər avadanlıqlarla təchizatına dair müqavilə çərçivəsində istifadəsi nəzərdə tutulur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeydiyyat orqanlarının İKT və digər  avadan-lıqlarla təchizatı məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş qaydada təqdim etməyə dəvət edir.

4. Tender Dünya Bankının təlimatlarına (BYİB və BİA Kreditlərinə dair Satınalma hissəsində göstərilmiş Beynəlxalq Müsabiqə Hərracı (BMH) qaydaları) uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

5. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 100 AZN məbləğində geri qaytarılmayan ödəniş haqqını ödəməklə Tender Sənədlərinin ingilis dilində tam paketini göstərilən ünvanda (Ədliyyə Nazirliyi "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin İcra Qrupu, AZ1073, İnşaatçılar prospekti, 1, 5-ci mərtəbə, otaq 505 Bakı, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron poçt: office_jmp@justice.gov.az) əldə edə bilərlər.

Benefisiarın adı: "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi 
Azərbaycan Beynəlxalq Bankı
Kod: 805250
VÖEN: 9900001881
S.W.I.F.T: IBAZAZ2X
Müxbir hesab: 0137010002944
Hesab nömrəsi: CCS 330334 USD 3318-01CCS 330334 AZN 3308-01
VÖEN: 1300286111


 

Tender Sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

6. Tender təklifləri göstərilən ünvana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin İcra Qrupu, AZ1073, İnşaatçılar prospekti, 1, 5-ci mərtəbə, otaq 505, Bakı, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron poçt ünvanı: office_jmp@justice.gov.az.) 19 fevral 2008-ci il tarixdə Bakı vaxtı ilə saat 15.00-dək çatdırılmalıdır.

Gec təqdim olunmuş və elektron tender təklifləri qəbul edilmir.

Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda  iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 19 fevral 2008-ci il tarixdə Bakı vaxtı ilə saat 15:01-də açılacaqdır.Tender təklifləri 7,000 ABŞ dolları (yeddi min ABŞ dolları) məbləğində Bank zəmanəti ilə müşayiət olunmalıdır.

İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 17.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez