IMAGE

Ədliyyə Akademiyasında “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində dekabrın 19-da Ədliyyə Akademiyasında “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusunda təlim keçirilib.

Tədbirdə Akademiyanın əməkdaşları və icbari təlim keçən ədliyyə qulluğuna namizədlər iştirak ediblər.

Keçirilən təlimdə məruzə ilə çıxış edən Ədliyyə Akademiyasının məsul işçisi, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi məsələlərindən danışıb.

Bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə diqqət və qayğısı, dövlət dilinin müasir imkanları, ədəbi dil normalarının qorunması, Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin edilməsi, nitq mədəniyyəti sahəsində həyata keçirilən kompleks tədbirlər qeyd olunub.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez