Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində vakant olan vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə dekabrın 20-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə növbəti test imtahanı keçirilib.

Test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin yarıdan çoxu bölgələrin təmsilçiləri, təxminən yarısı əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, həmçinin qadınlardır.

116 hüquqşünasın iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub, tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

İmtahanın yekununa görə 65 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Xatırladırıq ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən bildirələcəkdir.

Bildirilir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yeni müsabiqə barədə əlavə elan veriləcəkdir.

Aidiyyəti digər informasiyanı nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 20 dekabr 2023-cü il tarixdə keçirilən
test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı

Soyadı,adı,atasınınadı

1.

Abbasov Emin Qurban oğlu

2.

Abbasova Zeynəb Eyvaz qızı

3.

Ağazadə Mirsahib Şamil oğlu

4.

Ağazadə Tural Arif oğlu

5.

Babayeva Nərgiz Çingiz qızı

6.

Bağırlı Nəsrin Süleyman qızı

7.

Camalova Xanım Ədhəm qızı

8.

Camalova Səbinə Məşdi qızı

9.

Dəmirov Elvin Mehman oğlu

10.

Eminbəyli Raul Anar oğlu

11.

Eyyubova Gülnar Mayis qızı

12.

Əhmədova Bətulə Abbas qızı

13.

Əhmədzadə Tofiq Elçin oğlu

14.

Ələkbərov Sevim Şaiq oğlu

15.

Əlirza Azər oğlu

16.

Əliyev Elməddin Fizuli oğlu

17.

Əliyev Samir Yusif oğlu

18.

Əliyev Sənan Əli oğlu

19.

Əmiraslanova Lalə Əjdər qızı

20.

Ərşadlı Urşan Natiq oğlu

21.

Əsədov Fərhad İlham oğlu

22.

Fərəcullayeva Əfsanə Həbib qızı

23.

Həmidova Mələk Ramil qızı

24.

Həsənov Tural Fuad oğlu

25.

Həsənova Səma Həbib qızı

26.

Hüseynova Aynur Vidadi qızı

27.

Hüseynova Aysel Aydın qızı

28.

Xanəhmədov Kamil Mübariz oğlu

29.

Xəlilov Orxan Pirqələm oğlu

30.

İbrahimova Nuranə Lazım qızı

31.

İsrəfilov Cavid Abit oğlu

32.

Kazımlı Samirə Əlibala qızı

33.

Qarayev Siyavuş Bəylər oğlu

34.

Qasımova Şəbnəm Şərafət qızı

35.

Qəhrəmanov Taryel Mehman oğlu

36.

Qubadov Ruslan Aslanoviç

37.

Quluzadə Emil Mirələm oğlu

38.

Mahmudova Samirə Məhəmməd qızı

39.

Məcidova Xəyalə Faiq qızı

40.

Məhərrəmova Aişə Tahir qızı

41.

Məmizadə Zərifə Azər qızı

42.

Məmmədov Cavid Faiq oğlu

43.

Məmmədov Ruslan Fehruz oğlu

44.

Məmmədova Ülviyyə Sahib qızı

45.

Mikayılov Ruslan Mikayıl oğlu

46.

Musayeva Firuzə Kərim qızı

47.

Museyibzadə Eltun Elşən oğlu

48.

Mustafayeva Əsmər Ənvər qızı

49.

Nəhmədova Şövkət Əlimurad qızı

50.

Oruclu Rüstəm Əfqan oğlu

51.

Orucov Təhmasib Qədir oğlu

52.

Rüstəmova Zərqələm Yasin qızı

53.

Sadiqli Vüqar Anar oğlu

54.

Sadıqov Məhərrəm Əşrəf oğlu

55.

Salayev Süleyman Əhyə oğlu

56.

Səfərli Yeganə Vəli qızı

57.

Səmədov Rəşad Abusəməd oğlu

58.

Süleymanov Tahir Mehman oğlu

59.

Şabanova Hürüpəri Nemət qızı

60.

Şahverdiyev Sirac Mübariz oğlu

61.

Şükürzadə Nazir Əzizulla oğlu

62.

Tahirova Lalə Elşən qızı

63.

Zaid Əkrəm Əkbər oğlu

64.

Zamanova Xədicə Yaşar qızı

65.

Zeynalzadə İnarə Rizvan qızı

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez