IMAGE

Məhkəmə qərarlarının icrası işi təkmilləşdirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, alternativ mexanizmlərin, o cümlədən icranın özəl qurumlara həvalə olunması institutunun tətbiqi ilə bağlı ardıcıl tədbirlər davam etdirilir.

Bununla əlaqədar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə mühüm layihələr həyata keçirilərək bu sahədə qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə qanunvericiliyin təkmilləşdirilməsi üzrə iş aparılır.

Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının layihə koordinatoru Polina Kazakeviç, ekspertlər Yos Uitdehaag və Zlatislava Mixailova ölkəmizdə səfərdə olaraq Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçiləri ilə özəl icra mexanizmlərinin tətbiqi sahəsində görülən işlər, o cümlədən hazırlanmış yeni qanun layihəsi ilə bağlı müzakirələr aparılıb, icra məmurlarının iştirakı ilə təlimlər keçirilib.

Səfər zamanı ədliyyə nazirinin müavini Eldar Nuriyev ilə görüşən ekspertlər ölkəmiz üçün yeni olan özəl icranın tətbiqi təcrübəsinin öyrənilməsinin əhəmiyyətinə toxunaraq bununla bağlı Azərbaycanın mühüm informasiya resurslarına, o cümlədən “Elektron icra” informasiya sisteminə malik olduğunu vurğulayıb, özəl icra ilə bağlı qanun layihəsinin hazırlanmasını təqdir edərək onun praktiki tətbiqinə nail olunacağına əminliklərini ifadə ediblər.

Qonaqlar həmçinin, bu sahədə təlimlərin interaktiv şəraitdə keçərək özəl icra sisteminin yaradılmasına böyük marağın olduğunu bildirib, icra məmurlarının hazırlığını yüksək qiymətləndiriblər.

Görüşdə Ədliyyə Nazirliyi və AYİB arasında səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunaraq özəl icranın tətbiqi ilə bağlı ictimaiyyətin məlumatlığının genişləndirilməsi və digər maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb, təqdimatlar nümayiş etdirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez