Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında zəruri keçid balı toplamış 46 namizədlə fərdi qaydada müsahibə aparılıb.

İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən aşağıda adı göstərilən uğur qazanmış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə buraxılmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib.

Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:

1. Ağayeva Günay Şəmsəddin qızı

2. Atayev Babək Alyoşa oğlu

3. Əfəndiyev Emin Tofiq oğlu

4. Ələkbərova Aysel Novqubat qızı

5. Hacıyev Eldəniz Tofik oğlu

6. Hacıyev Əli Vahid oğlu

7. Heydərov Azər Əzizağa oğlu

8. İsmayılov Rafiq Tofiq oğlu

9. İsmayılova Gülnar Səməd qızı

10. Qasımov İlkin Rafiq oğlu

11. Quliyev Elvin Akif oğlu

12. Quliyev Seymur Nazir oğlu

13. Qurbanov Nəcəf İsbəndiyar oğlu

14. Məmmədov Rafael Adil oğlu

15. Məmmədova Nəzrin Vahid qızı

16. Muradov Sənan Məzahiroğlu

17. Paşayeva Nərgiz Ələşrəf qızı

18. Rəhimov Toğrul Rafiq oğlu

19. Rizvanov Vahid Süleyman oğlu

20. Şabanov Samid Mətləb oğlu

21. Şəmmədov Azər Əkbər oğlu

22. Yusifova Günel İlham qızı

Siyahıda adları göstərilən namizədlər dekabr ayının 26-da saat 09.00-da Ədliyyə Akademiyasında olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Bildiririk ki, icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.

Əlavə məlumatı nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsindən əldə etmək olar (əlaqə telefonları: 404-42-28, 404-42-19).

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez