27-12-2023 | 16:55 70
Tender proseduru Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını https://www.etender.gov.az saytında “ASAN ÖDƏNİŞ” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron qaydada təqdim edə bilərlər.
İştirak haqqı – 350,00 manat
İştirak haqqı heç bir halda geri qaytarılmır
Əlaqələndirici şəxs: Sevda Eyvazova-baş məsləhətçi
Əlaqə telefonu: 492-62-35
Əlaqələndirici şəxs: Zöhrə Hacıyeva məsləhətçi
Əlaqə telefonu: 5101001 daxili 2227
Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün ərizə;- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1%-i (bir faizi) həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması: iddiaçının malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Sahibkarlıq subyektinin bölgüsü;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergi bəyannaməsi);
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Müvafiq mallar üzrə uyğunluq sertifikatı;
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı ( www.etender.gov.az ) vasitəsi ilə elektron qaydada keçiriləcəkdir. İddiaçılar tender ilə bağlı sualları vahid internet portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 23.01.2024-cü il saat 16:00-a qədər, tender təklifi və bank təminatı isə 31.01.2024-cü il saat 17:00-ə qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 01.02.2024-cü il tarixdə saat 16:00-da portal vasitəsi ilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
Tender Komissiyası