12-02-2024 | 14:45 1905
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli icra, probasiya və qeydiyyat qurumlarında, habelə regional ədliyyə idarələrində vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə 20 dekabr 2023-cü il tarixdə keçirilmiş növbəti test imtahanında müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə 2024-cü ilin fevral ayının 15-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır.
Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcəkdir.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul olunmaları məsələsinə baxılacaqdır.
Əlavə məlumatları (012) 538-01-62, (012) 537-04-87 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.