15-02-2024 | 14:42 850
Mübahisələrin həlli üçün tənzimlənmə bazası və bu sahədə dövlət xidmətləri, habelə təcrübədə kommersiya mübahisəsinin həllinin asanlığı üzrə qanunvericilikdə öz əksini tapan və mövcud praktikada tətbiq edilən bir sıra komponentlərin təhlili aparılmış və bu çərçivədə 44 sual araşdırılmışdır.
Təhlildə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd ölkəmizdə mübahisələrin həlli sahəsində geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir.
Ədliyyə Nazirliyi rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.
Əlaqə telefonu: 510-65-49