23-02-2024 | 09:00 381
Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər davam etdirilir.
Həmin işlər çərçivəsində 23 fevral saat 20:00-dan 24 fevral saat 06:00-dək “Vətəndaşlıq vəziyyəti aktları” və “Əhalinin dövlət reyestri” informasiya sistemlərinin fəaliyyətində fasilələrin yaranması istisna edilmir.
Nəzərə alınması xahiş olunur.
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi