16-03-2024 | 15:00 486
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov tərəfindən martın 18-də ədliyyə fəaliyyəti ilə bağlı Saatlı rayonunda Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, 12a, əlaqə telefonları: (+994 2124) 6-12-13, (+994 50) 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (exidmet.justice.gov.az:8284) müraciət etmək lazımdır.