IMAGE

Yerli özünüidarəetmə sahəsində hüquqi maarrifləndirmə tədbirləri davam etdirilir

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodoloji yardım və bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən martın 15-də Bakı şəhəri üzrə bələdiyyə üzv və qulluqçuları üçün “Bələdiyyələr tərəfindən yaradılan müəssisələrin yerli büdcəyə mənfəət vergisi ödəmək vəzifəsi, mənfəət vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri”, “Korrupsiya hüquq pozuntularının aradan qaldırılmasının əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəlməsində əhəmiyyəti” mövzularında onlayn seminar keçirilib.

Tədbirdə yerli iqtisadiyyatın dinamik yüksəlişinə təkan verən bələdiyyə sahibkarlığının inkişafı üçün bələdiyyə müəssisələrinin yaradılmasının vacibliyi, həmin qurumlarla bələdiyyələrin münasibətləri, yerli büdcənin formalaşmasında mənfəət vergisinin rolu, hesablanması və yerli büdcəyə ödənilməsinə dair qanunvericiliyin tələbləri barədə izahlar edilib.

Həmçinin seminarda korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsində qanunuvericiliyin tələblərinə əməl edilməsi barədə əhatəli məruzə dinlənilib.

Müzakirə olunan mövzular, həmçinin bələdiyyələrin gündəlik fəaliyyətlərində rastlaşdıqları məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb.

iacca
iap
business ready
eplc
Ən Tez