Ədliyyə naziri Yardımlı rayonunda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov tərəfindən aprelin 9-da Yardımlı rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Yardımlı, Masallı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonları: (02525) 5-44-91, (055) 503-65-44), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (exidmet.justice.gov.az:8284) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez