Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu davam edir və namizədlər ilkin hazırlıq kursuna dəvət olunurlar

Məlumat verildiyi kimi, 2013-cü ilin fevral ayının 15-dən etibarən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan olunmuşdur və hazırda  ərizələrin qəbulu davam edir.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən, eləcə də  538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Həmçinin bildiririk ki, müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Müsabiqə Komissiyası onlar üçün Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursu təşkil edir.

2013-cü ilin aprel ayının ikinci yarısından etibarən başlanılacaq kursun tədris proqramı əvvəlki imtahanların təcrübəsi və namizədlər üçün zəruri olan sahələr nəzərə alınmaqla hazırlanmışdır.

Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) və ya Nazirliyin Kadrlar idarəsində qəbul olunur.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez