16-04-2024 | 18:00 1408
2024-cü il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli, 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş plana əsasən aşağıdakı ixtisaslara fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Doktorantura
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Cəmi |
Büdcə hesabına |
|
əyani |
qiyabi |
|||
5611.01 |
Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ |
1 |
- |
1 |
5612.01 |
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti |
2 |
- |
2 |
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid balı toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Dissertantura
İxtisasın şifri
|
Elm sahələri və ixtisaslar
|
Büdcə hesabına |
5611.01 |
Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ |
2 |
5612.01 |
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti |
2 |
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, elmi və elmi-pedaqoji kadrlar, cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində dissertanturaya qəbul imtahanından keçid balı toplamış elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
Doktorantura və ya dissertanturaya sənədləri təqdim edən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “portal.edu.az ” saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd:xarici dil imtahanına yalnız“portal.edu.az” saytı vasitəsilə müraciət etmiş və müəssisəmiz tərəfindən sorğusu təsdiqlənmiş iddiaçılar buraxılacaqdır.
Doktorantura vədissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (Məhkəmə ekspertizası mərkəzinin rəisinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə 15-20 səhifəlik referat;
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyənlər 2024-cü il ilin IV rübündə fəlsəfə və ixtisas fənlərindən imtahan verəcəklər.
Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 2024-cü il mayın 14-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Məhkəmə Ekspertizası Mərkəzində qəbul ediləcəkdir.
Əlavə məlumat üçün Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinə müraciət etmək olar.
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 24.
Telefon: 012-498-53-72; 012-498-05-43
Elektron ünvan:
info@expert.gov.az