IMAGE

Məhkəmə ekspertizası mərkəzi beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

Aprelin 18-də Daşkənd şəhərində Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin H.Sulaymanova adına Məhkəmə ekspertizası mərkəzinin təşkilatçılığı ilə “Məhkəmə ekspertizasının təkmilləşdirilməsi və inkişafında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Özbəkistanın ədliyyə naziri, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə regional təmsilçisi, ABŞ-ın Özbəkistandakı səfiri, Məhkəmə Ekspertizası Beynəlxalq Assosiasiyasının prezidenti, Asiya Məhkəmə Ekspertizası İdarələri Şəbəkəsinin (AFSN) vitse-prezidenti, habelə Bolqarıstan, Malayziya, Türkiyə, Qazaxıstan və digər ölkələrin ekspertiza idarələrinin rəhbərləri, məhkəmə ekspertizası və kriminalistika sahəsində tanınmış alim və ekspertlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Özbəkistanın ədliyyə naziri ölkəsində məhkəmə-hüquq sistemində, o cümlədən məhkəmə ekspertizası fəaliyyəti sahəsində aparılan islahatlar barədə məlumat verib və konfransın əhəmiyyətini vurğulayıb.

Konfransa onlayn qoşulan Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin rəisi Elçin Qasımov ölkə başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, həmçinin məhkəmə ekspertizası işinin təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışıb, Azərbaycan Ədliyyə Nazirliyi ilə bir sıra dövlətlər, o cümlədən Gürcüstan, Ukrayna, Qırğızıstan, Belarus, Qazaxıstan, Özbəkistan və Türkiyə arasında məhkəmə ekspertizası sahəsində səmərəli əməkdaşlıq barədə məlumat verib.

E.Qasımov çıxışında məhkəmə ekspertizası sahəsində beynəlxalq əməkdaşlığın xüsusi rolunu vurğulayaraq, belə tədbirlərin faydalı fikir mübadiləsinə və ən yaxşı təcrübələrlə bölüşməsinə geniş imkanlar yaratdığını, məhkəmə ekspertizası və kriminalistikanın müasir metod və vasitələrindən fəal istifadə etmək yolu ilə cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Konfransda həmçinin, Mərkəzin məsul əməkdaşı tərəfindən təqdimatla çıxış edilib, ekspertiza idarələri arasında məhkəmə ekspertizası sahəsində aktual əhəmiyyət kəsb edən məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez