IMAGE

“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası

Martın 29-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.

Tədbirdə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Bakı Apellyasiya Məhkəməsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.

İclasda Dünya Bankının yeni “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru üzrə sorğu vərəqəsində müvafiq balların əldə edilməsi üçün görülmüş işlər dinlənilib, habelə sorğu vərəqəsinin qanunvericilikdə öz əksini tapan sualları ilə bağlı məlumatlandırılmanın artırılması məqsədi ilə özəl sektorla görüşlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib. Bununla yanaşı “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin layihəsi də müzakirə edilib.

Həmçinin “Sahibkarların qarşılaşdığı çətinliklərlə bağlı məlumat və təkliflərin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarına təqdim olunması mexanizmi” çərçivəsində sahibkarlar tərəfindən qaldırılmış və “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna göndərilmiş məsələ ilə bağlı aparılmış araşdırma və təhlillər, habelə mövcud problemin aradan qaldırılması üzrə təkliflər dinlənilib, zəruri tədbirlərin görülməsinin təmin edilməsi üçün yeni hazırlanan yol xəritəsinin layihəsinə məsələ ilə əlaqədar müvafiq tədbirlərin əlavə olunması barədə razılıq əldə edilib.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez