23-04-2024 | 12:25 403
Dövlət başçısının Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ədliyyə Nazirliyinin, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada təşkilatçı qurumların təmsilçiləri və Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd yaşıllaşdırma ənənələrini davam etdirmək və insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olub.
Aksiyada yerli iqlim şəraitinə uyğun olan ağaclar əkilib, onlara qayğı göstərilməsi məqsədilə müvafiq qulluq vasitələrindən istifadə edilməklə lazımi tədbirlər görülüb.
Nazirlik tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar bələdiyyələrə göndərilən müvafiq tövsiyələrə uyğun olaraq ölkənin ayrı-ayrı bələdiyyələri tərəfindən ağacəkmə aksiyalarının və ekoloji tədbirlərin keçirilməsi davam etdirilir.