IMAGE

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təliminin açılışı olub

Mayın 6-da Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 45 nəfər vəkilliyə namizədlə icbari təlimə başlanılıb.

Təlimin ilk günündə Akademiyanın prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması, onların yenilənməsi, gəncləşməsi və müasirləşməsi istiqamətində görülən işlər barədə məlumat verib, icbari təlimə buraxılan vəkilliyə namizədlərə uğurlar arzulayıb.

Bildirilib ki, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir, nüfuzlu ekspertlərin iştirakı ilə insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular tədris olunur.

Prorektor 2023-cü ildən ötən dövrdə Ədliyyə Akademiyasında 325 nəfər vəkilliyə namizədin icbari təlimə, 1.430 nəfər vəkil isə ixtisasartırma kurslarına cəlb olunduğunu qeyd edib.

Sonra Akademiyanın Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqovanın mühazirəsi dinlənilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez