Ədliyyə naziri Tovuz rayonunda vətəndaşları 20 may tarixində qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədovun Şəmkir, Tovuz və Gədəbəy rayon sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Fərid Əhmədov adıçəkilən rayonların sakinlərini 20 may tarixində Tovuz rayonunda qəbul edəcək. Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu +994 2230-5-82-50), habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə vətəndaşlar Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı vasitəsilə qəbula yazıla bilər. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcəkdir.

iacca
iap
business ready
eplc
Ən Tez