IMAGE

Nazir Fərid Əhmədov Zaqatala şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 21 iyun tarixində Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. 

Qəbuldan öncə nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Zaqatala, Şəki, Qax və Balakən rayon sakinlərinin qəbulu zamanı onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.  Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez