IMAGE

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olub

Məhkəmə və digər orqanların qərarlarının icrası prosesinin yaxşılaşdırılması, icranın alternativ mexanizmləri barədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Ədliyyə Nazirliyinin nümayəndə heyəti qarışıq icra modelinin tətbiq olunduğu Qazaxıstan Respublikasında səfərdə olub. 

Səfər zamanı Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyində və Özəl İcra Məmurlarının Palatasında görüşlər keçirilib. Görüşlərdə nümayəndə heyətinə Qazaxıstan Respublikasında dövlət və özəl icra institutlarının fəaliyyəti, özəl icra təsisatının qurulmasının xüsusiyyətləri, bu sistemin tətbiqindən ötən müddət ərzində qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verilib və özəl sistemə keçid zamanı əldə olunmuş təcrübələr bölüşülüb. 

Həmçinin, icra orqanlarının avtomatlaşdırılmış informasiya sistemi və özəl icra məmurlarının təlim mərkəzinin fəaliyyəti  ilə bağlı təqdimatlar nümayiş etdirilib və heyət üzvlərinin sualları cavablandırılıb. 

Nümayəndə heyəti özəl icra məmurlarının ofislərinə baş çəkib, qərarların real icrası prosesi, ofislərdə işin təşkili, işçi heyət arasında vəzifə bölgüsü və fəaliyyətin elektronlaşdırılması ilə əyani şəkildə tanış olub.

iacca
iap
business ready
eplc
Ən Tez