IMAGE

İcranın alternativ mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Məhkəmə və digər orqanların qərarlarının icrasında alternativ mexanizmlərin tətbiqinə dair beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Qeyd olunan tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfər edib.  Səfər çərçivəsində Gürcüstanın Ədliyyə Nazirliyinin Milli İcra Bürosunda görüş keçirilib. Görüşdə Gürcüstanın icra sistemi, onun strukturu, publik və özəl icra sisteminin spesifik cəhətləri, Milli İcra Bürosunun ölkə üzrə qərarlarının icrasını təmin edən regional büroları, habelə özəl icra məmuru ofislərinin fəaliyyəti barədə ətraflı məlumat verilib, icra sahəsində rəqəmsal idarəetmə, əldə olunmuş nailiyyətlər, tətbiq olunan innovativ alətlər, bu sahədə gələcək planlar barədə təqdimatlar nümayiş etdirilib. 

Nümayəndə heyəti Tbilisi icra bürosu və özəl icra məmuru ofisinə də baş çəkib, həmin strukturlarda işin təşkili, qərarların icrasının xüsusiyyətləri ilə yerində tanış olub, istifadə olunan resurslar barədə məlumat əldə edib. 

Həmçinin, bu sahədə elmi-praktiki biliklərin, qiymətləndirici mülahizələrin alınması məqsədilə Rusiya Federasiyasının elm xadimi, hüquq elmləri doktoru, professor Vladimir Yarkov ilə Ədliyyə Nazirliyində görüş keçirilib. Görüşdə “Özəl icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunub, layihə üzrə bir sıra konseptual məsələlər ekspertin tövsiyələri ilə yenidən nəzərdən keçirilib.

iacca
iap
business ready
eplc
Ən Tez