22-07-2024 | 18:14 975
Ədliyyə naziri Fərid Əhmədov
22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları
qəbul edib.
Qəbuldan əvvəl nazir Ümummilli
Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində nazir, həmçinin
Qusar rayon icra və probasiya, eləcə də qeydiyyat şöbələrinə və Qusar Rayon Məhkəməsinə
baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.
Qeyd edək ki, qəbul mərkəzi
icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən
şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.