IMAGE

Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilmiş “Cinayətkarlığın qarşısının alınmasında kompleks yanaşma” adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan nümayəndə heyəti cari ilin 25-26 iyul tarixlərində Gürcüstan Ədliyyə Nazirliyinin Cinayətkarlığın qarşısının alınması, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası və probasiya üzrə Milli Agentliyinin təsis edilməsinin yubileyi münasibətilə Tbilisi şəhərində keçirilmiş “Cinayətkarlığın qarşısının alınmasında kompleks yanaşma” adlı beynəlxalq konfransda iştirak edib.

Avropa Probasiya Konfederasiyasının (CEP), Gürcüstan, Niderland, Rumıniya, Xorvatiya, Çexiya ədliyyə nazirliklərinin probasiya qurumlarının rəhbərləri və ekspertlərinin, həmçinin Gürcüstanın digər hüquq mühafizə orqanlarının, hökumət, eləcə də parlament və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi konfransın keçirilməsində əsas məqsəd cinayətlərin qarşısının alınması və probasiya sahəsində qurumlararası əməkdaşlığı gücləndirmək, bu sahədə mütəxəssislərin peşəkar inkişafına kömək etmək, mövcud xidmətlər və resurslar haqqında məlumat mübadiləsini asanlaşdırmaqdır.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Gürcüstanın ədliyyə nazirinin müavini və Probasiya xidmətinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında probasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsi eləcə də, təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində razılıq əldə edilib.

Nümayəndə heyəti tədbir çərçivəsində bir sıra Avropa ölkələrinin probasiya qurumlarının rəhbərləri ilə də görüşüb, bu ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə həyətinin tərkibində Ədliyyə nazirinin müşaviri Elvin Hətəmzadə, Probasiya xidmətinin rəisi Vüqar Ağayev, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev və Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ləman Babayeva iştirak edib.

iacca
iap
business ready
eplc
Ən Tez