Vətəndaşların nəzərinə!

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən Xaçmaz şəhərində aprelin 25-də rayonda, eləcə də Quba, Qusar, Şabran və Siyəzən rayonlarlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı qəbulu həyata keçiriləcəkdir.

Qəbul saat 11:00-da Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət evində (ünvan: Xaçmaz şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi - 8) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Ədliyyə Nazirliyinin contact@justice.gov.az elektron poçt ünvanı, 539-75-39 (2104), 055-925-37-41 nömrəli telefonları, habelə Xaçmaz regional ədliyyə şöbəsi (telefonu: (02332) 5-18-88; 050-679-37-06; Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a) vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez