IMAGE

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsində uğur qazanan namizədlərlə icbari təlimlərə start verilib

Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib.

Tədbirdə iştirak edən Ədliyyə nazirinin müavini Azər Cəfərov açılış nitqi ilə çıxış edərək, imtahanlarda uğur qazanan namizədləri təbrik edib. Nazir müavini qeyd edib ki, Nazirliyin kadr korpusunun hazırlıqlı, müasir düşüncəli və dünyagörüşlü gənclərlə komplektləşdirilməsi məqsədilə Nazirlik tərəfindən mütəmadi müsabiqələr keçirilir, onların qulluq keçmələrinə və hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. 

Daha sonra Ədliyyə Akademiyasının nümayəndəsi tərəfindən icbari təlim prosesi ilə əlaqədar namizədlərə ətraflı məlumat təqdim edilib, onların sualları cavablandırılıb. 

Nazirliyin Müsabiqə Komissiyası tərəfindən 23-cüsü yekunlaşan müsabiqənin söhbət mərhələsində 55 namizəd iştirak edib və onlardan 20-si kişi, 19-u qadın olmaqla ümumilikdə 39 nəfər uğur qazanaraq icbari təlimlərə cəlb edilib. 

Təxminən bir ay yarım davam edəcək icbari təlim zamanı namizədlər həm nəzəri biliklərə yiyələnəcək, həm də təcrübə və tanışlıq tədbirləri təşkil ediləcək. Yeni və təkmilləşdirilmiş formatda tərtib edilmiş təlim proqramı ilə namizədlər daha çox praktiki bacarıqlar əldə edərək, icra, probasiya və qeydiyyat üzrə tabe və yerli ədliyyə qurumlarının fəaliyyəti, eləcə də məhkəmələrdə icraat qaydası ilə yaxından tanış olacaqlar.

İcbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

iacca
iap
business ready
eplc
Ən Tez