30-07-2024 | 14:14 958
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun fəaliyyəti çərçivəsində aparılan ən son islahatlar, əldə edilmiş nailiyyətlər ölkəmizin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı reytinqinin yüksəlməsinə xidmət edir.
İşçi qrup tərəfindən mübahisələrin həlli üçün tənzimlənmə bazası və bu sahədə dövlət xidmətləri, habelə təcrübədə kommersiya mübahisəsinin həllinin asanlığı üzrə qanunvericilikdə öz əksini tapan və mövcud praktikada tətbiq edilən bir sıra komponentlərin təhlili aparılıb (https://bit.ly/46p2xL2) və bu çərçivədə 44 sual araşdırılıb.
Təhlildə aşağıdakı istiqamətlər üzrə suallar cavablandırılıb, hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib:
• məhkəmə iddiası üzrə vaxt standartları
• məhkəmənin dürüstlüyü / açıqlığı
• xarici məhkəmə qərarları
• ətraf mühitin davamlılığı
• mübahisələrin alternativ həlli mexanizmləri: arbitraj icraatı və mediasiya
• ixtisaslaşdırılmış şikayət mexanizmləri
• elektron xidmətlər / rəqəmsal proseslər
• statistik məlumatların hazırlanması
Məlumatın hazırlanmasında məqsəd ölkəmizdə mübahisələrin həlli sahəsində geniş auditoriyanın maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığı təmin etməkdir.
İşçi qrup təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.
Məlumat üçün qeyd olunur ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
(Əlaqələndirici şəxs: İşçi qrupunun katibi - Şəhanə Kərimova, tel: 510-10-01, daxili: 1222, e-mail: shahane.kerimova@justice.gov.az)