08-01-2024 | 15:47 41
Ədliyyə naziri Fərid Əhmədov 19 avqust
2024-cü il tarixində Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay
rayon sakinlərini qəbul edəcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə
aid məsələlərlə bağlı 17 avqust tarixinədək Göyçay regional ədliyyə idarəsinə
(ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 2027 4-30-41)
müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104)
nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə
qəbula yazıla bilər.
Həmçinin, vətəndaşların
Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı
var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət
vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun
keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.