12-08-2024 | 11:31 5398
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
“Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində “Sağlamlaşdırma
və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə tematik
qrupunun hibrid formatda növbəti iclası keçirilib.
İclasda Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, həmin
nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankı və Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri iştirak edib.
Tematik qrupun rəhbəri Ədliyyə Nazirliyinin Qanunvericilik
Baş idarəsinin rəis müavini Səkinə Əliyeva iclası açıq elan edərək, biznesin
müflisləşməsi sahəsində beynəlxalq ekspertin cəlb edilməsi ilə hazırlanmış yeni
“Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin yekunlaşdırılması məsələsinin
müzakirə ediləcəyini qrup üzvlərinin diqqətinə çatdırıb.
Müzakirə zamanı yeni qanun layihəsinin çox geniş və beynəlxalq
təcrübə nəzərə alınmaqla hazırlanmış əhatəli sənəd olduğu vurğulanıb.
Sözügedən normativ-hüquqi aktın Azərbaycan Respublikasının qanununvericilik
tələblərinə və milli hüquq ənənələrinə uyğunlaşdırılması üçün Ədliyyə
Nazirliyinin Qanunvericilik baş idarəsi tərəfindən hər bir maddəyə baxılmasının
vacibliyi bildirilib.
Sonda tematik qrup tərəfindən növbəti iclasda Ədliyyə Naziriliyinin Qanunvericilik baş idarəsi tərəfindən qanun layihəsinə müvafiq düzəlişlər edildikdən sonra sənədə baxılması və “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə” Yol Xəritəsində qeyd olunmuş digər məsələlərin müzakirəsinin həyata keçirilməsi barədə qərar verilib.