IMAGE

Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib

Avqustun 26-da Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib.

Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər. 

Fərid Əhmədov iclası giriş sözü ilə açaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasının ölkəmizdə məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun təmin edilməsi, sahə üzrə vahid standartların hazırlanması və tətbiqi, rəqəmsallaşmanın və şəffaflığın təmin edilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb. 

Sonra iclasın gündəliyində duran məsələlər üzrə müzakirələrə başlanılıb. Əvvəlcə “Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinə dair iş qaydası”nın layihəsi müzakirə edilib. Həmçinin, Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün Şuranın katibi təyin olunub. 

Daha sonra adıçəkilən Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan tapşırıqların çevik qaydada həll edilməsi məqsədilə İşçi qruplarının yaradılması məsələsi müzakirə edilib.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez