10-09-2024 | 14:28 971
Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstana səfəri çərçivəsində
həmin ölkənin ədliyyə naziri Azamat Yeskarayev ilə görüşüb.
Görüşdə ortaq soykök və tarixi-mədəni əlaqələrə malik Azərbaycan
və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində davam
etdiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçıları arasında sıx münasibətlər,
eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlər ölkələr arasında əlaqələrə və
ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər
müzakirə edilib, iki ölkə arasında müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın
daha da genişləndirilməsi, eləcə də müasir tendensiya və təcrübələrin öyrənilməsinin
vacibliyi vurğulanıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi ilə Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə
qarşılıqlı fəaliyyət haqqında Memorandum” imzalanıb.
Memoranduma əsasən tərəflər yerli qanunvericiliklərin beynəlxalq
standartlara uyğunlaşdırılması, ədliyyə sahəsində müasir İKT-nın tətbiqi, ədliyyə
xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın artırılması, kadr hazırlığı,
icra və məhkəmə ekspertizası fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata
keçirilməsi, ekspert görüşlərinin və səfərlərin təşkil edilməsi, eləcə də
qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.