15-10-2024 | 15:08 188
Sentyabr və oktyabr aylarında Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Azərbaycanda yerli özünüidarəetmə”, “Bələdiyyələrin fəaliyyətində qadınların rolu” və “Bələdiyyələrin fəaliyyətində gənclərin rolu” mövzularında silsilə seminarlar təşkil edilib.
Görüşlərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin nümayəndələri bələdiyyələrin fəaliyyət istiqamətləri, onların səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələlər, Nazirlik tərəfindən bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara göstərilən metodoloji köməklik tədbirləri, o cümlədən bələdiyyələrin fəaliyyətində gənclərin və qadınların rolu mövzularında təqdimatlar edib. Daha sonra tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri gələcək əməkdaşlıq istiqamətləri barədə də fikir mübadiləsi aparıb.