21-10-2024 | 12:33 592
Vətən müharibəsində könüllü iştirak etmiş və 2020-ci il oktyabrın 21-də şəhid olmuş Ədliyyə Nazirliyi İcra xidmətinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun xatirəsi yad edilib.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib.
Qeyd edək ki, Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhid olmuş Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.