IMAGE

Mediatorlar üçün bərpaedici ədliyyə ilə bağlı təlimlərə başlanılıb

Ədliyyə Nazirliyinin Probasiya xidməti və Mediasiya Şurası tərəfindən “Probasiya sistemində bərpaedici ədliyyənin tətbiqi” mövzusunda mediatorlar üçün təlimlərə start verilib. 

Təlimi giriş sözü ilə Probasiya xidmətinin rəisi Vüqar Ağayev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov açaraq, bərpaedici ədliyyənin və ölkəmizdə bu mexanizmin tətbiqinin əhəmiyyətini vurğulayıblar. Probasiya qeydiyyatında olan şəxslərin işləri üzrə barışıq əldə edilməsi məqsədilə mediatorların iştirakı ilə keçirilən bu layihənin ilk dəfə keçirildiyi və pilot layihə olduğu qeyd edilib.

İki gün ərzində davam edən təlimlərdə 15 mediator iştirak edib. Təlimçilər bərpaedici ədliyyənin konseptual və praktiki məsələləri, cinayət işlərində mediasiyanın tətbiqi, zərərçəkmişlə cinayət törətmiş şəxs arasında mediasiyasının məqsədləri və bu mexanizmin ölkəmizin probasiya sistemində tətbiqi perspektivləri, probasiya və mediasiyasının ümumi cəhətləri, habelə mediasiya qanunvericiliyinin mühüm məqamları ilə bağlı təqdimatlarla çıxış ediblər.

Bununla yanaşı, Azərbaycan Universitetinin könüllüləri, sosial işçilər və psixoloqlar probasiya qeydiyyatında olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası üzrə həyata keçirdiyi işlər barədə təqdimatlar edib, mediator və könüllülərin iştirakı ilə simulyativ oyun təşkil olunub. Probasiya xidmətinin əməkdaşları mediatorlara probasiyanın mahiyyəti, bu sahədə beynəlxalq və milli təcrübə, qanunvericiliyin əsas məqamları, Probasiya xidmətinin funksiya və səlahiyyətləri, rəqəmsal monitorinq haqqında ətraflı məlumat veriblər. 

Sonda bərpaedici ədliyyə üzrə ilk təlimdə iştirak etmiş mediatorlara sertifikatlar təqdim edilib. 

Probasiya xidməti və Mediasiya Şurası arasında əldə olunmuş razılığa əsasən sözügedən mövzularda mediatorlar üçün təlimlər davam etdiriləcək. 

iacca
iap
business ready
eplc
Ən Tez